...

Azərbaycan və Qətər arasında hərbi əməkdaşlıq sazişi imzalanacaq

Siyasət Materials 29 Mart 2009 10:33 (UTC +04:00)
Azərbaycan və Qətər arasında hərbi əməkdaşlıq sazişi imzalanacaq

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan və Qətər arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanacaq.

Martın 28-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Qətər dövlətinə rəsmi səfərə yola düşüb. Onun Qətər dövlətinin və Silahlı Qüvvələrinin rəhbərliyi ilə görüşləri nəzərdə tutulur, bazar günü Trend -a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qətər Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hamad bin Ali Al-Attiyahın dəvəti ilə baş tutan bu səfərdə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə ediləcək.

Mətbuat xidmətinin məlumatına görə, səfər zamanı Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişin imzalanması gözlənilir.

Azərbaycanın 20-dən artıq ölkə ilə hərbi əməkdaşlıq sazişi mövcuddur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti