...

Amerikalı generalın Gürcüstana səfəri bu ölkənin ordusunun müdafiə qabiliyyətinin artırılmasına xidmət edir

Siyasət Materials 30 Mart 2009 18:06 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 30 mart / Trend , müxbir N.Kirtsxaliya /

Amerikalı generalın Gürcüstana səfəri bu ölkənin ordusunun müdafiə qabiliyyətinin artırılmasına xidmət edir. Bu barədə bu gün Qoridə Gürcüstan Silahlı Qüvvələri Birləşmiş Qərargahının başçısı Devi Çankotadze bildirib.

ABŞ-ın Silahlı Qüvvələrinin ştab başçılarının Birləşmiş Komitəsinin sədr müavini, general Ceyms Kartrayt Gürcüstanda səfərdədir. Bu gün general Qoridəki ilk piyada briqadasına, xüsusi tank batalyonuna və artilleriya batalyonuna baş çəkəcək.

Bu gün Amerikalı generalı Gürcüstan Prezidenti Mixail Saakaşvili, Baş nazir Nikoloz Qilauri, müdafiə naziri David Sixarulidze qəbul edəcək.

"Biz ABŞ-la ikitərəfli münasibətləri davam etdiririk, bu səfər hazırki prosesi daha da dərinləşdirəcək", - deyə Çankotadze bildirib.

Kartraytın sözlərinə əsasən, ABŞ və Gürcüstan arasında əməkdaşlıq mütləq davam etdirilməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti