Özbəkistan, Daşkənd, 30 mart / Trend , müxbir T. Jukov /
Bazar ertəsi Daşkənddə Oman-Özbəkistan biznes dairələrinin forumu keçirilib.
Özbəkistan Ticarət-Sənaye Palatasından (TSP) Trend -a verilən məlumata əsasən, Oman Sultanlığı nümayəndə heyətinə milli iqtisadiyyat naziri Əhməd ibn Əbdunabi Məkki başçılıq edir. Nümayəndə heyətinin tərkibinə 12 nəhəng Oman şirkətindən və üç dövlət idarəsindən nümayəndələr daxil olub.
Biznes-forumda Özbəkistan milli holdinq şirkəti "Özbəkneftqaz" və "Özkimyasənaye", "Özbəktikintimaterialları" və "Özbəkturizm" dövlət şirkətləri iştirak ediblər.
"Forum çərçivəsində qonaqlar iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın prespektivləri, Özbəkistanın yatırım potensialı və yatırım sferasında əməkdaşlığın perspektivləri ilə tanış olublar", - TSP-nin mətbuat xidmətindən bildiriblər.
"Şübhəsiz, hazırki biznes-forum iki ölkə arasındakı qarşılıqlı əlaqələrin sürətlənməsində böyük rol oynayacaq", - forumun nəticələrinə əsaslanaraq TSP sədri Alişer Şayxov deyib. Onun sözlərinə görə, hər iki ölkə neft-qaz, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün böyük potensiala malikdirlər.
Biznes-forum çərçivəsində turizm, qurudulmuş meyvə təchizatı və birgə ərzaq məhsulları istehsalı sahəsində dörd razılaşma imzalanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]