...

9 aprel aksiyasının təşkilatçıları Tbilisi Meriyasına aksiya barədə xəbərdarlıq edib

Siyasət Materials 1 Aprel 2009 18:33 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 01 aprel / Trend , müxbir N.Kirtsxaliya /

9 aprel aksiyasının təşkilatçıları yaxın günlərdə Tbilisi Meriyasına aksiyanın Rustaveli prospektində keçirilməsi haqqında xəbərdarlıq edib.

Gürcüstanın mühafizəkar partiyalarının liderlərindən biri Kaxi Kukava sözügedən məsələ ilə əlaqədar olaraq aprelin 2-də xüsusi mətbuat konfransı keçirəcək və ölkə ictimaiyyətini öz planları ilə tanış edəcək. Həmçinin müxalifətin 9 aprel aksiyasının hərəkət planları Tbilsidə olduğu kimi, Gürcüstanın başqa regionlarında da elan ediləcək. 

Paytaxt Meriyasının bildirdiyi kimi, qanuna əsasən aksiyanın keçirilməsi haqqında xəbərdarlıq Tbilisi Meriyasına onun başlanmasından beş gün öncədən edilməlidir. "Meriya tərəfindən aksiyanın keçirilməsinin ləğv edilməsi, sözügedən aksiyanın təşkilatçılarının xəbərdarlığına kimi həmin ərazidə hər hansı bir digər tədbirin keçirilməsi halında mümkündür", - deyə Meriyadan bildirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti