...

İtaliya XİN-in nümayəndə heyəti Özbəkistanla danışıqlar aparıb

Siyasət Materials 1 Aprel 2009 19:44 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 01 aprel / Trend , müxbir T.Jukov /

Daşkənddə səfərdə olan İtaliyanın Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Özbəkistan hökuməti ilə çərşənbə günü bir sıra danışıqlar aparıb.

Nümayəndə heyətinə İtaliyanın Xarici İşlər nazirinin müavini, senator Alfredo Mantika başçılıq edir. Bu barədə Trend -a hökumətin mətbuat xidmətindən bildirilib. Bu gün İtaliya nümayəndə heyəti Oli Maclis Senatında və Özbəkistanın Xarici İşlər Nazirliyində danışıqlar aparıb.

"Tərəflər qeyd edib ki, Özbəkistan və İtaliya ardıcıl surətdə bir çox sahələrdə, xüsusilə iki dövlət başçısının görüşü çərçivəsində imzalanmış müqavilələr əsasında parlamentarizm sahəsində əlaqələri inkişaf etdirir", - rəsmi məlumatda deyilir.

İkitərəfli münasibətlərin möhkəmləndirilməsində parlamentlərarası əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Danışıqlar çərçivəsində sözügedən istiqamətdə onun sonrakı inkişaf məsələləri müzakirə edilib. Qonaqlar Özbəkistanın ikipalatalı parlamentinin fəaliyyəti ilə tanış olublar.

İtaliya nümayəndə heyətinin üzvləri Teymurilər tarixinin Dövlət Muzeyində olub, Sahibgiran və onun nəsilləri haqqında məlumat verən eksponatlarla tanış olublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti