...

Fransa müstəqil və sərbəst tərəfdaş siyasəti yürüdəcək – Fransanın müdafiə naziri

Siyasət Materials 3 Aprel 2009 16:37 (UTC +04:00)

Fransa, Strasburq, 03 aprel / Trend , müxbir A.Məhərrəmli /

Fransa NATO-da müstəqil və sərbəst tərəfdaş siyasəti yürüdəcək. Bu barədə Fransanın müdafiə naziri Erve Morin (Herve Morin), cümə günü   Strasburqda keçirilən NATO zirvə toplantısı münasibətilə Fransanın RFİ radiosuna açıqlamasında ölkəsinin Alyansın hərbi komandalığına yenidən qayıtmasını müdafiə edərkən bildirib.

"Necə ola bilər ki, Fransa öz hərbçilərini təhlükəli hərbi əməliyyatlara göndərir, amma əməliyyatların müəyyənləşdirilməsi və aparılmasının təyin olunması prosesində iştirak etməkdən imtina edir. Bunu necə əsaslandırmaq olar?", - o bildirib.

Onun sözlərinə görə, Fransa beynəlxalq arenada önəmli rol oynaya bilər. O, diqqəti Körfəz ölkələrinin Fransa ilə yenidən strateji tərəfdaşlıq münasibətləri qurmasına çəkib.   

Nazir qeyd edib ki, 1955-ci ildən Fransa NATO-nun demək olar ki, bütün strukturlarında iştirak edir. "Biz Alyansın bütün əməliyyatlarında iştirak edirik. Biz hətta Əfqanıstanda hərbi əməliyyatlara rəhbərlik etmişik. Heç kim bizim hərbi komandalıqda olmamağımızı deyə bilməz. Çünki Fransa NATO-nun 40 hərbi komitəsindən 38-də iştirak edirdi", - nazir bildirib.

Xəbər lenti

Xəbər lenti