...

Rusiya ilə dialoq dünyada sabitlik üçün lazımdır – ABŞ Prezidenti

Siyasət Materials 3 Aprel 2009 17:50 (UTC +04:00)
Rusiya ilə dialoq dünyada sabitlik üçün lazımdır – ABŞ Prezidenti

Fransa, Strasburq, 03 mart / Trend , müxbir A. Məhərrəmov /

Dünyada sabitliyi saxlamaq üçün Rusiya ilə dialoq aparmaq lazımdır. ABŞ Prezidenti Barak Obama belə hesab edir.

"Biz bütün ölkələrin sərbəstlik və müstəqilliyinə hörmətlə yanaşmaqla sabitliyin necə qorunub saxlanılması barədə dialoq aparmalıyıq", - deyə Obama cümə günü Strasburqda Fransa Prezidenti Nikolya Sarkozi ilə birgə keçirilən mətbuat konfransında bildirib.

Fransanın Strasburq və Almaniyanın Kel şəhərlərində cümə və şənbə günləri NATO-nun yubiley sammiti keçirilir. Müzakirələrin mövzularından biri Rusiya ilə ABŞ-ın aparıcı qüvvə olduğu NATO arasında gələcək münasibətlər olacaq.

"Biz Rusiyaya onlarla işləmək istədiyimizə dair dəqiq siqnal verməliyik, lakin biz biznesin aparılması üzrə köhnə yola qayıda bilmərik", - deyə Obama bildirib və əvvəlki kimi Rusiyanın ötən ilin avqustunda Gürcüstan ərazilərinə soxulmasına tənqidi yanaşdığını əlavə edib.

Obama bildirib ki, bəzi hallarda ABŞ-ın Rusiya ilə ümumi maraqları var, lakin fikir ayrılıqları da mövcuddur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti