...

"Şərq tərəfdaşlığı" proqramı Cənubi Qafqaz ölkələri arasındakı bəzi fikir ayrılıqlarını aradan qaldıra bilər – Aİ-nin xüsusi nümayəndəsi

Siyasət Materials 6 Aprel 2009 19:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 aprel / Trend , müxbir V.Javoronkova /

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi hesab edir ki, "Şərq tərəfdaşlığı" proqramı Cənubi Qafqaz ölkələri arasındakı bəzi fikir ayrılıqlarını aradan qaldırmaqda yardımçı ola bilər.

"Aİ-nin proqramı Azərbaycana və proqrama üzv olan digər ölkələr üçün çox önəmlidir və proqram iştirakçısı olan ölkələr arasında daha sıx əlaqələrin qurulmasında yardımçı ola bilər", - Bakıya səfərinin yekununda bazar ertəsi Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bildirib.

"Şərq tərəfdaşlığı" - qonşuluq siyasəti çərçivəsidə Aİ ölkələrinin postsovet məkanı ölkələri ilə əlaqələrin yaxşılaşdırılmasına yönəlmiş Polşa-İsveç təşəbbüsüdür. Proqram martın 20-də Aİ-nin iclasında təsdiq edilib. "Şərq tərəfdaşlığı"nın  təsis sammiti mayın 7-də keçiriləcək. "Şərq tərəfdaşlığı" proqramı Avropa İttifaqının 6 qonşu ölkəsini əhatə etməlidir: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və Belarus. Proqram çərçivəsində Aİ qonşu ölkələrə 2009-2013-cü illər arasında 600 milyon avro vəsait ayıracaq.

"Proqramın məqsədi adıçəkilən ölkələrin Qərblə sıx əlaqəsini təmin etməkdən başqa layihəyə üzv-ölkələrin öz aralarında da isti münasibətlərin qurulmasına nail olmaqdır", - Semnebi qeyd edib.

Semnebiyə görə, proqram çərçivəsində əməkdaşlığın vacib məqamlarından biri də üzv-ölkələrlə Aİ arasında viza rejiminin sadələşdirilməsidir.

"Bu çox vacib məsələdir və Azərbaycan Prezidentinin Brüsselə planlaşdırılan səfəri zamanı bunu müzakirə etmək istərdik", - Semnebi deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti