...

Azərbaycanın müxalifət partiyası sərhədlərin açılmasına etiraz olaraq Türkiyə səfirliyi qarşısında piket keçirəcək

Siyasət Materials 8 Aprel 2009 14:23 (UTC +04:00)

Azərbaycan, Bаkı, 08 aprel / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın müxalifyönlü partiyası Türkiyənin Ermənistanla sərhədlərini açmasına etiraz olaraq aksiya keçirəcək.

"Türkiyə hökumətinin Ermənistanla sərhədləri açmaq istəməsini türk dünyasına xəyanət kimi qiymətləndirir və düşmənə güzəştə getməyin indiki zamanda lazım olmadığını, bu qərarın dəhşətli və rüsvayçı addım olduğunu bəyan edirik", - çərşənbə günü Trend -a Müasir Müsavat Partiyasının mətbuat xidmətindən bildirilib.

Trend -un arayışı: Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirlər.

Sərhədlərin açılmasına etiraz olaraq Türkiyənin Azərbaycandakı səfirliyi qarşısında piket keçirilməsi aprelin 14-nə nəzərdə tutulub. "Aksiyada Ermənistan Türkiyənin və Azərbaycanın mövcud ərazilərini tanıyana, ərazi və soyqırım iddialarından əl çəkənə, Dağlıq Qarabağı azad edənə qədər Ermənistanla hər hansı bir danışığa gedilməməsi tələb ediləcək", - məlumatda vurğulanır.

Aksiyanın keçirilməsinə razılıq verilməsi üçün artıq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Hаfiz Hаcıyеv 1992-93-cü illərdə "Аzərbаlıq" Dövlət Коnsеrninin sədri оlub. Əvvəl Аzərbаycаn Xаlq Cəbhəsində, Müsаvаt Pаrtiyаsındа təmsil оlunub. 2000-ci ildə Мüаsir Мüsаvаt Pаrtiyаsını təsis еdib, pаrtiyа 2002-ci ildə dövlət qеydiyyаtındаn kеçib.   

Мüаsir Мüsаvаt Pаrtiyаsı özünü iqtifаrа qаrşı kоnstruktiv müxаlifət hеsаb еdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti