...

Türkiyə-Ermənistan sərhədləri yalnız Dağlıq Qarabağ münaqişəsi həll olunacağı təqdirdə açıla bilər – Azərbaycan xarici işlər nazirinin müavini

Siyasət Materials 9 Aprel 2009 10:45 (UTC +04:00)
Türkiyə-Ermənistan sərhədləri yalnız Dağlıq Qarabağ münaqişəsi həll olunacağı təqdirdə açıla bilər – Azərbaycan xarici işlər nazirinin müavini

Azərbaycan, Bakı, 09 aprel / Trend , müxbir C.Babayeva /

Türkiyə-Ermənistan sərhədləri yalnız Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində açıla bilər. Bu barədə cümə axşamı Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib. 

"Digər konteksdə sərhədlərin açılması Azərbaycanın maraqlarına cavab vermir, rəsmi Bakı Türkiyə prezidenti və baş nazirinin münaqişə həll olunmayana qədər sərhədlərin açılmasının qeyri-mümkünlüyünə dair bəyanatlarını nəzərə alır", - deyə Əzimov bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllində tərəqqi olmazsa, Türkiyə Ermənistan ilə sərhədlərin açılmasından qazana bilməyəcək.

"Azərbaycan heç vaxt tək qalmayacaq, bütün proseslər və regional layihələr Azərbaycan ilə bağlıdır", - deyə nazir müavini bildirib.

Türkiyə ictimaiyyətinin müxtəlif dairələrinin nümayəndələri güman edirlər ki, Ermənistan ilə sərhədlər açılacaq.

Türkiyə-Ermənistan münasibətləri 1993-cü ildən pozulub. Buna səbəb Ermənistanın beynəlxalq ictimaiyyətdə "erməni soyqrımı" ilə bağlı apardığı antitürk kampaniyası, həmçinin Azərbaycan torpaqlarının 20 faizinin onun tərəfindən işğal olunmasıdır.

Ermənistan prezidenti Serj Sarkisyan, ötən il sentyabrın 6-da dünya futbol üzrə Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistan-Türkiyə oyununu izləmək üçün Türkiyə prezidenti Abdulla Gülü Yerevana dəvət edib. Gülün səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində ditplomatik səylər davam etdirilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır..

Məqalə müəllifi ilə əlaqşə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti