...

İran əlavə sentrifuqların uran filizi ilə təmin edilməsi problemi ilə üzləşə bilər – ekspertlər

Siyasət Materials 13 Aprel 2009 14:03 (UTC +04:00)
İran əlavə sentrifuqların uran filizi ilə təmin edilməsi problemi ilə üzləşə bilər – ekspertlər

Azərbaycan, Bakı, 13 aprel / Trend , müxbir D.İbrahimova /

Ekspertlər hesab edirlər ki, İran malik olduğu uran filizinin miqdarını artıra bilər, ola bilsin ölkənin yeni sentrifuqların işinin təmin edilməsi üçün kifayət qədər daxili uran ehtiyatları yoxdur. Bununla əlaqədar digər ölkələrdən xammal idxalına zərurət yaranır.

"İran əvvəllər öz ehtiyatlarının həcmini və nüvə işləmələri sahəsində nailiyyətlərini dəfələrlə şişirdib", - deyə Trend -a hərbi məsələlər üzrə Amerika eksperti Ted Qalen Karpenter (Ted Galen Carpenter) bildirib.

Aprelin 9-da İranda Milli nüvə texnologiyaları bayramı qeyd olunan zaman, İranın rəsmi şəxsləri təkcə fəaliyyətdə olan "Buşer" stansiyasını deyil, həm də altı yeni AES-i yanacaq ilə təmin etmək niyyətində olduqlarını bildiriblər.

Tehranın bəyanatına baxmayaraq, ekspertlər ölkənin uran ehtiyatlarının altı yeni atom stasiyasının təmin edilməsi üçün kifayət edəcəyinə şübhə ilə yanaşırlar.

ABŞ-ın Kato Universitetinin müdafiə və xarici siyasətin öyrənilməsi (Vice President, Defense and Foreign Policy Studies, Cato Institute) üzrə vitse-prezidenti Karpenter elektron poçt ilə Trend -a bildirib ki, İranın son bəyanatları ölkənin nailiyyətləri şişirdilən zaman edilən bəyanatlar kimi ola bilər

Buna misal olaraq, İranın bu yaxınlaradək onun sərəncamında altı min sentrifuqun olması barədə verdiyi bəyanatı göstərmək olar. MAQATE (Atom enerjisi üzrə beynəlxalq agentlik) mütəxəssisləri isə belə bir nəticəyə gəliblər ki, sentrifuqların hamısı işlək vəziyyətdə deyil.

Bununla yanaşı, İngiltərənin "Times" qəzeti bir neçə ay öncə İranın uran ehtiyatlarının yaxın gələcəkdə tükənəcəyi barədə məqalə dərc etmişdi. 

İranın rəsmi şəxsləri həm ölkə daxilində, həm də xaricində bu fərziyyələrə dərhal reaksiya göstərdilər. İran XİN-in nümayəndəsi Həsən Qaşqavi uranın çatışmaması barədə informasiyanı təkzib edib.

İranın MAQATE-dəki daimi nümayəndəsi Əli Əskər Sultaniye bildirib ki, İsfahandakı uran emalı zavodu problemsiz öz fəaliyyətini davam etdirir. ISNA agentliyinin verdiyi xəbərə görə, İranın "sari kek" mənbələri, onun sözlərinə görə, uğurla istismar olunur və lazım olduğu zaman onlardan istifadə olunacaq.

Lakin İranın rəsmi şəxslərinin verdiyi bəynatlara baxmayaraq, ölkənin həm daxil, həm də xarici ekspertləri hesab edirlər ki, İranın uran ehtiyatları azdır. "İranın hazırda malik olduğu uran ehtiyatları 20-ci əsrin 70-ci illərində işlənib və o vaxtdan uran filizi yataqları fəal şəkildə istismar olunmur", - deyə Trend -a telefonla Böyük Britaniyada fəaliyyət göstərən nüvə məsələləri üzrə iranlı ekspert  Rza Tağızadə (Reza Taghizadeh) bildirib.

Uranın işlənməsi, onun sözlərinə görə, uran filizinin dərində yerləşməsi səbəbindən çətinləşir; İranın ən iri yataqlarından birində uran filizi 350-360 metr dərinlikdə yerləşir.

İşlənmə ilə bağlı yaranan problemlə yanaşı, İranın altı yeni elektrik stansiyasını təmin edə biləcək yataqları da o qədər çox deyil.

İran ərazisində istismar olunan 10 uran filizi yatağı var və onlar beş və ya altı min sentrifuqun fəaliyyətini təmin edə bilər, lakin sentrifuqların sayı artırılarsa, Tehran "sari kek" və uran idxal etmək məcburiyyətində qalacaq. Lakin İranın Atom Agentliyinin bəyanatına görə, ölkədə 400 uran filizi yatağı var.

Uran filizi təmizlənir və "sarı kek" adı altında məşhur olan möhkəm məhsula çevrilir. O, təqribən 64 Çelsi dərəcəsinədək qızdırılaraq qaza konversiya olunur. Qaz izotoplara ayrılan sentrifuqlardan çıxarılır. Proses uran zənginləşdirilənədək təkrar olunur. Aşağı zənginləşdirilmiş uran nüvə yanacağı qismində istifadə olunur. Yüksək zənginləşdirilmiş uran isə nüvə başlıqlarına tətbiq oluna bilər.

Ekspertlər hesab edirlər ki, uran filizi almaq məcburiyyətində qaldığı zaman İranın, onun nüvə silahı yarada biləcəyindən ehtiyatlanan Böyük Britaniya, Fransa və digər dövlətlərin əks fəaliyyəti ilə qarşılaşa biləcyini unutmaq olmaz.

Karpenter hesab edir ki, İranın bəyanatlarında öz nailiyyətlərini şişirtməsinə ramən, ölkənin nüvə işləmələri sahəsində tərəqqisini danmaq olmaz.

Son bir neçə ayda İran ölkə daxilində istehsal olunan peykini səmaya buraxdı və Buşer atom stansiyasiyasını test şəklində işə saldı. Bununla yanaşı, aprelin 9-da Milli nüvə texnologiyaları günənə həsr olumuş uran yanacaq həbləri istehsalı üzrə zavodun açılış mərasimi oldu.

Məqalənin hazırlanmasında T.Cəfərov da iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti