...

Azərbaycan Prezidenti İraqın turizm və tarixi abidələr nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 15 Aprel 2009 15:52 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 15-də İraqın turizm və tarixi abidələr naziri Kahtan Abbas Noman Əl-Cuburi Alavadinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Dövlətimizin başçısı Azərbaycanın İraqla münasibətlərin inkişaf etdirilməsində və fəal əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu bildirib. Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğulayıb. Dövlətimizin başçısı İraqın turizm və tarixi abidələr naziri Alavadinin başçılıq etdiyi nümayəndə heyətinin səfərinin iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq imkanlarını nəzərdən keçirilməsinə və Azərbaycanla tanışlıq baxımından əhəmiyyətli olacağına ümidvar olduğunu bildirib.

İraqın turizm və tarixi abidələr naziri Alavadi İraq Prezidenti Cəlal Tələbaninin və Baş nazir Nuri Əl-Malikinin salamlarını dövlətimizin başçısına çatdırıb. Ölkəmizə səfərindən məmnunluğunu bildirən qonaq İraqın çətin vaxtlarında Azərbaycan xalqının göstərdiyi dəstəyi minnətdarlıq hissi ilə xatırlayıb. Alavadi Azərbaycanın və İraqın turizm və tarixi abidələr sahəsində əməkdaşlığını müzakirə etmək üçün bu səfərin yaxşı imkan yaratdığını söyləyib.

Dövlətimizin başçısı İraq Prezidenti Tələbaninin və Baş nazir Əl-Malikinin salamlarına görə Alavadiyə minnətdarlığını bildirib, onun da salamlarını İraqın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti