...

ABŞ Gürcüstanın strateji tərəfdaşı olaraq qalır – parlamentin spikeri

Siyasət Materials 15 Aprel 2009 20:24 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 aprel / Trend , müxbir N.Kirtsxaliya /

"ABŞ Gürcüstanın strateji tərəfdaşı olaraq qalır", - bu qənaətə Gürcüstan parlamentinin spikeri David Bakradze Gürcüstan xarici işlər nazirinin ABŞ dövlət departamentinin rəhbəri ilə görüşdən sonar gəlib.

Onun sözlərinə əsasən, dünənki Vaşadze-Klinton görüşü skeptiklərə aşkar xəbərdarlıq idi.

"Düşünürəm ki, son zamanlar fəal şəkildə ABŞ-Gürcüstan münasibətlərinin zəiflədiyini yayan skeptik və bədxahlara aşkar xəbərdarlıq ünvanlandı. Əminəm ki, ABŞ Gürcüstanın əsas strateji tərəfdaşı olaraq qalacaq", - Bakradze vurğulayıb.

Spikerin sözlərinə əsasən, Gürcüstan siyasi dəstəkdən əlavə ABŞ-dan maliyyə yardımı da alıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti