...

Ölkədə sabitliyin qorunması üçün hər şey etmək lazımdır – Gürcüstan Prezidenti

Siyasət Materials 23 Aprel 2009 17:57 (UTC +04:00)
Ölkədə sabitliyin qorunması üçün hər şey etmək lazımdır – Gürcüstan Prezidenti

Gürcüstan, Tbilisi, 23 aprel / Trend , müxbir N. Kirtsxaliya /   

"Gürcüstanda sabitliyin qorunması və qan tökülməməsi üçün hər şey etmək lazımdır", - "İnterplast" müəssisəsinin işçiləri ilə görüş zamanı Gürcüstan Prezidenti Mixail Saakaşvili deyib.   

"Sabitliyin qorunması və qan tökülməsinin qarşısını almaqdan ötrü biz əlimizdən gələni edəcəyik", - Prezident bildirib.  

O, qeyd edib ki, bundan ötrü, şərtləri qəbuledilməz olsa belə, ən kiçik siyasi qüvvə ilə də hakimiyyət dialoq aparmağa hazırdır.

"Rusiyanın təcavüzü və ya daxili qarşıdurma hesabına çoxları ölkədə qeyri-stabillik gözləsələr də, biz buna yol verməyəcəyik", - Saakaşvili vurğulayıb.

Saakaşvilinin sözlərinə görə, sabitlik və əminamanlıq "ölkənin inkişafından ötrü hava kimi lazımdır".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti