...

İranın müdafiə naziri Venesuelaya səfər edib

Siyasət Materials 27 Aprel 2009 10:59 (UTC +04:00)

İranın müdafiə naziri Mustafa Məhəmməd Nəccar bazar ertəsi Venesuelaya səfər edib. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.

Nəccarı Karakas hava limanında Venesuelanın müdafiə naziri qarşılayıb. İranın müdafiə naziri Venesuelada bu ölkənin hərbi və siyasi xadimləri ilə görüş keçirəcək. Bundan başqa, Nəccar Venesuela hərbi sənayesində olacaq.

Nəccar Venesuela rəsmiləri ilə iki ölkə arasında hərbi əməkdaşlığın artırılması və iki ölkəni maraqlandıran digər məsələlər haqda müzakirə aparacaq.

Bu, Nəccarın Venesuelaya ilk səfəridir.

Xəbər lenti

Xəbər lenti