Nə İran, nə də ABŞ rəsmiləri bir-birini dinləmək istəmirlər – Amerika-İran Şurasının rəhbəri (müsahibə)

Nə İran, nə də ABŞ rəsmiləri bir-birini dinləmək istəmirlər – Amerika-İran Şurasının rəhbəri (müsahibə)

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir D.Xatınoğlu /

 

Trend -un Fars redaksiyasının qeyri-hökumət təşkilatı olan Amerika-İran Şurasının rəhbəri Huşəng Əmir Əhmədi ilə eksklüziv müsahibəsi

- Amerika-İran Şurası neçə ildir ki, ABŞ-İran münasibətlərinin yaxşılaşmasına çalışır. 2008-ci ildə ABŞ bu şuranın Tehranda ofis açmasına razılıq verdikdən sonra, İrana müraciətiniz hansı mərhələdədir?

- Yay mövsümündə İrana səfərimdə Amerika-İran Şurasının Tehranda ofisinin açılması ilə bağlı Xarici İşlər Nazirliyinə müraciət etdim, həmçinin Daxili İşlər Nazirliyinə də müraciət edib təkliflə bağlı prosesə başladıq, lakin hələ də rəsmi bir cabav ala bilməmişik. Bunu nəzərə alsaq ki, ABŞ Dövlət Katibliyindən Şuranın Tehrandakı ofisinin açılmasına razılıq almaq üçün altı ay çalışmışdıq və bu şura iki ölkə arasında şübhələr, mübahisələr və bədbinliyi aradan qaldırmaq üçün böyük bir potensiala malik idi. İran tərəfi isə bu fürsətdən istifadə etmədi, bu rəsmi Tehranın öz ziyanına olacaq.

ABŞ bizim şuranı İrana tətbiq etdiyi sanksiyalardan istisna etdi, bu digər sanksiyaların və təzyiqlərin aradan qaldırılmasına da başlanğıc ola bilərdi. Lakin İranda bəzi qərəzli və bədbin şəxslər bu addımı səhv təfsir edərək şuranın əleyhinə çıxdılar. Amerika-İran Şurasının əsas hədəfi ABŞ və İran arasında müsbət münasibətlərin yaradılmasıdır. Təəssüf ki, İran son illərdə passiv bir mövqe tutub, Amerikanın siyasəti isə çox aktivdir. Şura İranın istəklərini, sözünü, tələbini çatdımaq üçün böyük addımlar ata bilərdi.

- İran hakimiyyəti hələlik şuranın Tehranda açılmasına rəsmən yox deməyib, siz müsbət nəticə ala biləcəyinizə nə dərəcədə ümid edirsiniz?

- Belə düşünürəm ki, şuranın Tehranda ofisinin açılması, həm xalqın, həm də hakimiyyətin xeyrinədir. Yox cavabı məni təəccübləndirəcək. Amma bunu da qeyd edim ki, İranda bəzi şəxslər və cinahlar şuranın Tehranda ofisinin açılmasına əleyhinədirlər. Əslində, onlar siyasi və iqtisadi mənafelərinə görə, İran-ABŞ münasibətlərinin yaxşılaşmasını istəmirlər. Onlara hər şeydən çox böhran lazımdır. Bunu da qeyd edim ki, İran hakimiyyətində bir sıra şəxslər və cinahlar da vardır ki, ABŞ-la münasibətlərin yaxşılaşmasını istəyirlər.

- Bəzən İran rəsmilərinin bəyanatında da mövqelərin tez-tez dəyişilməsi müşahidə olunur. Məsələn, həmin İran-ABŞ arasında müzakirələrin yaxşılaşması üçün rəsmi Tehran ziddiyyətli bəyanatlar verir. Sizcə səbəb nədir?

- Rəsmi Tehran ABŞ-la müharibədən çəkinir, lakin bəzi qüvvələr münasibətlərin yaxşılaşmasını da istəmirlər. İran qorxur ki, ABŞ-la münasibətlərin yaxşılaşması, İranda məxməri inqilabın yaranması ilə nəticələnəcək. Düşünürəm ki, İran rəsmilərinin bu fikri səhvdir. Bir faktı da nəzərə almaq lazımdır. İran inqilabı yaranandan indiyədək Amerkaya qarşı fikirlər davam edir, bu fikir artıq İran inqilabının bir göstəricisi kimi öz yerini tutub və bu fikirdən əl çəkmək, mövqeyin, baxışın dəyişilməsinə İran hələ də hazır deyil. Həqiqətən də, inqilabçılıq faktı İranın siyasətinə kölgə salıb.

- İranda iyunun 12-də keçiriləcək prezident seçkiləri Tehran-Vaşinqton arasında münasibətlərə təsir göstərəcəkmi?

- Fikrimcə, təsir göstərməyəcək. Buna görə ki, hazırda namizədliyini irəli sürmüş islahatçı nümayəndələr (Mehdi Kərrubi və Mir Hüseyn Musəvi) strateji dəyişikliyə meyilli deyillər, hakim partiya da tutduğu mövqeyi davam etdirir. Namizədlərin platformasında ABŞ-la bağlı fikirlərdə dəyişiklik və fərqlənmə müşahidə etmirəm. Onu da əlavə edim ki, İran və ABŞ arasında müzakirələrə İranın ali dini rəhbəri icazə verməlidir. Hər halda, prezidentin rolu da danılmazdır. Prezident müzakirələri konstruktiv şəkildə apara bilər, əksinə də ola bilər. Lakin təəssüf ki, İranda namizədlərin ABŞ-a baxışları fərqlənmir.

- Hazırda ABŞ Konqresində İrana benzinin idxalına embarqo qoyulması müzakirə olunur. Siz ABŞ-ın İrana qarşı mövqeyində hansısa dəyişiklik müşahidə edirsizmi?

- Barak Obama həqiqətən də konstruktiv mövqe tutub, lakin ABŞ-da hakimiyyət tamamilə bir şəxsin əlində deyil. ABŞ-da İranla sülh istəyənlərin sayı, İranla müharibə, təzyiq və sanksiya dili ilə danışmaq istəyənlərdən azdır. ABŞ-da Ərəb, İsrail və digər lobbilər var ki, İranla sülh istəmirlər. İranda əsas səhv budur ki, ABŞ-dakı reallıqları dərk edə bilmirlər. Nə İran, nə də ABŞ rəsmiləri bir-birini dinləmirlər. 30 illik kəsilmiş münasibətlər iki ölkəni bir-birinə tamamilə yadlaşdırıb. Bu problem hər iki ölkəyə aiddir.

-Amma iki ölkə həmişə bir-birini ittiham edir, bu yanaşma ilə münasibətlərin normallaşması mümkündürmü?

- Digər tərəfdən, iki ölkənin bir-birinə yanaşması da problemdir. Terrorizm, nüvə silahı və digər problemlər beynəlxalq problemdir, iki ölkənin problemi deyil, lakin İran ABŞ-a bu problemlərin amili kimi baxır, yaxud ABŞ İranı bu problemlərin yaranmasında ittiham edir. Onlar bir-birini ittiham etməkdənsə, problemin həllinə çalışmalıdırlar. Məsələn, İsrail-Ərəb münaqişəsinin İrana dəxli yoxdur, yaxud Hizbullah, HƏMAS kimi təşkilatlara iki ölkənin münasibəti tamailə fərqlidir. İran-ABŞ arasındakı müzakirələr beynəlxalq problemlərin deyil, öz aralarında olan problemlərin həllinə yönəlməlidir. İki ölkə bir-birinə etimad etmir. Bu yanaşma ilə problemlərin həllinə ümid etmək olmaz.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Cənubi Koreya Azərbaycanda  yeni layihələr icra edəcək
Cənubi Koreya Azərbaycanda yeni layihələr icra edəcək
"Facebook" və "İnstagram"ın işində qüsurlar yaranıb
"Facebook" və "İnstagram"ın işində qüsurlar yaranıb
"Twitter"in işində problemlər yaranıb
"Twitter"in işində problemlər yaranıb
Loading Bars
Xəbər lenti
“Xarıbülbül” musiqi festivalı tarixi zəfərin nidası idi - Deputat
İranda daha 200 nəfər koronavirusdan ölüb
Göygöldə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər məsuliyyətə cəlb edilib (FOTO)
Azərbaycan aviasiya vasitələri təlim-məşq uçuşlarına başlayıb (FOTO)
Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olublar
"Türk Hava Yolları" Gəncəyə uçuşları bərpa edib (FOTO)
Sabahdan ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir
Azad olunmuş ərazilərdə yeni hərbi hissələrin açılışı olub (FOTO/VİDEO)
Piyada əleyhinə mina risklərinə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib
“Xarıbülbül” beynəlxalq musiqi festivalı Fransa mətbuatında (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışında iştirak ediblər (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar (FOTO)
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Qəbələdə yeni körpü və avtomobil yolunun bərpadan sonra istifadəyə verilməsi tədbirində iştirak ediblər (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələ rayonuna səfərə gəliblər (FOTO)
“Xarıbülbül” musiqi festivalı: Şanlı Qələbəmizin musiqi paradı
Sabah 35 dərəcə isti olacaq
Adam oğurluğu səbəbindən axtarışda olan şəxslər saxlanıldı
Ermənistanda son sutkada 13 nəfər koronavirusdan ölüb
Gəncə sakinində “revolver” tipli tapança aşkarlanıb
İspaniyalı deputatların erməni təəssübkeşi qismində aksiya keçirmələri qəbuledilməzdir - Sevil Mikayılova
Balakəndə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər cərimələnib (FOTO)
Azərbaycan neftinin qiyməti bahalaşıb
Bakıda keçiriləcək "JARA 2022" festivalının tarixləri açıqlandı
Qarabağda sülhməramlılara qarşı təxribat xarakterli hərəkətlər olmayıb - Rusiya Müdafiə Nazirliyi
Saatlıda parklanma qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub
“Xarıbülbül” festivalı Qarabağın tarixi simasının bərpasını təcəssüm etdirir – Deputat
Qazax sakinində narkotik aşkarlanıb
AVRO-2020: Biletlər bu gündən satışdadır
Salyanda transformator yanıb
Çernoqoriya turistlərə sərhədlərini açır
Cənubi Koreya Azərbaycanda yeni layihələr icra edəcək
Zidan mövsümün sonunda "Real"dan ayrılacaq
Millət vəkili Arzu Nağıyev Tovuz və Gədəbəydə şəhid, qazi ailələri və seçicilərlə görüşüb (FOTO)
Sakit okeanda zəlzələ baş verib
Çində yeddi nəfər qasırğanın qurbanı olub
Çinin kosmik aparatı uğurla Marsın səthinə enib
Qəzzada evin vurulması nəticəsində 8 fələstinli həlak olub
İraqda ağır yol qəzası, sərnişinlər avtobusda yanıb
Meksikada narkotacirlərin hücumu nəticəsiəndə iki əsgər ölüb
Rusiya bu ölkələrlə hava əlaqələrini bərpa edir
İnigltərə çempionatı: "Mançester Siti" "Nyukasl"a qalib gəldi
"WhatsApp" yeni qaydalarını qəbul etməyən istifadəçilərə məhdudiyyətlər tətbiq edir
Abşeronda restoranda yanğın baş verib
İraqın şimalında türk əsgəri şəhid olub
Azərbaycan Premyer Liqasında növbəti turun oyun cədvəli açıqlanıb
Qəzza və İordanın Qərb sahilində gün ərzində 26 fələstinli ölüb, 600 nəfərdən çox yaralanıb
Dünyada ötən sutka koronavirusa 717 mindən çox yoluxma qeydə alınıb - ÜST
Suriyadan İsrailə üç raket buraxılıb
"Amazon" ilin sonuna qədər İngiltərədə 10 min yeni iş yeri yaradacaq
Ukraynanın Səhiyyə naziri istefa etdi
"Facebook" və "İnstagram"ın işində qüsurlar yaranıb
DİN itkin düşən qadınla bağlı əhaliyə müraciət edib (FOTO)
Balakəndə evdə yanğın olub
Ukrayna iqtisadiyyat və infrastruktur nazirləri istefa ediblər
Sahibə Qafarovanın Türkiyə Böyük Millət Məclisinin Sədri ilə telefon danışığı olub
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Qarabağdan növbəti görüntülər paylaşıb (FOTO/VİDEO)
Füzulidə ev yanıb
Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsullar bunlar olub
Bakıda restoranda qaz balonu partlayıb, 4 nəfər xəsarət alıb
"Xarıbülbül” festivalı ilə dünyaya bir sıra mesajlar vermiş olduq - Tural Gəncəliyev
Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb
Ceyhun Bayramov ilə Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi arasında telefon danışığı olub
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb​​​
Azərbaycanda 1 262 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İndoneziya sahillərində 6,8 bal gücündə zəlzələ olub
Ceyhun Bayramovla Filip Riker arasında telefon danışığı olub
Aprel ayında 11 uşaq övladlığa verilib
Əfqanıstanın dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib
AVRO-2020: Bakıdakı oyunların biletləri satışa çıxarılır
Yasamalda gəncin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır
Sərxoş sürücülər 2 nəfərin ölümünə səbəb olub
Zabrat şossesində yolun bir zolağı hərəkət üçün məhdudlaşdırılıb
"Avro-2020"nin rəsmi mahnısı müəyyənləşib
İranda daha 202 nəfər koronavirusdan ölüb
Makron öz sözləri ilə ATƏT Minsk qrupunun tabutuna son mismarı vurdu - Rusiyalı tarixçi
Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib (FOTO)
RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib (FOTO)
Qaxda təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı reyd olub (FOTO)
Sabah hava necə olacaq?
Şuşada 30 ildən sonra “Xarıbülbül” festivalının keçirilməsi dünyaya bir mesaj idi - Deputat
Hacıqabul sakinləri narkotikə görə saxlanıldı (FOTO)
Azərbaycan nefti ucuzlaşıb
Birjalarda neft qiymətləri necədir?
126 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib
Fransa prezidenti Makron öz erməni "sevgisindən" əl çəkmir - Deputat
“Nar”ın “Oxu saatı” layihəsinin növbəti qiraətçisi Zülfiyyə Xanbabayeva olacaq (FOTO)
İki rayonda qaz xətləri yenilənir (FOTO)
“Xarıbülbül” musiqi festivalının mədəni və siyasi əhəmiyyəti böyükdür - Deputat
Biləsuvarda standartlara cavab verməyən avtomobillərin sürücüləri məsuliyyətə cəlb olunub
Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən HHMQ bölmələrində olub (FOTO)
Tokio Olimpiadasının əleyhinə olan petisiya 350 mindən çox imza toplayıb
Bu gün Azərbaycan premyer liqasında 27-ci turun oyunları keçiriləcək
Qazaxda çayxana yanıb
Azərbaycan tarixinin ən mühüm mədəniyyət hadisəsi: "Xarıbülbül" festivalı milli birlik və həmrəyliyin nümayişi oldu
Diametri 200 m-ə qədər olan asteroid Yer kürəsinə yaxınlaşacaq
Kolumbiyada 4,3 bal gücündə zəlzələ baş verib
ABŞ-da atışma zamanı doqquz nəfər yaralanıb
BMT-nin Baş katibi Qəzza zolağı və İsraildə döyüşlərə son qoyulmasını tələb etdi
Bütün xəbərlər