...

Almaniya XİN rəhbəri Əfqanıstan Prezidenti ilə görüşüb

Siyasət Materials 29 Aprel 2009 18:25 (UTC +04:00)

Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer bu gün Əfqanıstan Prezidenti Həmid Kərzai ilə görüşüb.

Görüş zamanı Ştaynmayer bildirib ki, Almaniya Əfqanıstanda aparılan bərpa işlərində və təhlükəsizliyin təmin olunmasında iştirakını davam etdirəcək. "Almaniya Əfqanıstana prezident seçkilərinin keçirilməsində yardım edəcək", - almaniyalı nazir deyib.

Kərzai Almaniyaya terrorçuluq və narkotiklərə qarşı mübarizədə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. "Əfqan xalqı Almaniyanın etdiyi yardımı heç vaxt unutmayacaq", - Əfqanıstan Prezident Aparatının dərc etdiyi press-relizdə deyilir.

Ştaynmayer Əfqanıstanda iki günlük səfərdədir. İki gün ərzində Almaniya XİN rəhbəri Əfqanıstan rəsmiləri və ölkənin şimalında yerləşən Almaniya Silahlı Qüvvələrinin nümayəndələri ilə görüş keçirəcək.

Hazırda Əfqanıstan ərazisində 3800 alman hərbçi xidmət edir. Almaniya hərbçilərinin sayının 4400-a çatdırılacağı gözlənilir. Ştaynmayerin sözlərinə əsasən, yaxın zamanlarda Əfqanıstan Prezidenti Almaniyaya səfər edəcək.

Xəbər lenti

Xəbər lenti