...

İranda zəlzələ baş verib

Siyasət Materials 30 Aprel 2009 17:26 (UTC +04:00)

İranın Sistan və Bəluçistan əyalətlərində zəlzələ baş verib. Xəbəri IRNA agentliyi yayıb.  

İranın Seysmologiya İnstitutunun məlumatına görə, zəlzələ 5,2 bal gücündə olub. Lakin ABŞ-ın Geoloji Xidmətinin məlumatına görə, İranda zəlzələ 5,6 bal gücündə olub.

Yeraltı təkanlar İran vaxtı ilə 14:34-də hiss olunub. Ölən, yaralanan və dəyən ziyan haqqında hələ ki informasiya yoxdur.

Dünyanın ən seysmoloji əraziləri onluğuna daxil olan İranda demək olar ki, hər on ildən bir təqribən 7 bal gücündə zəlzələlər baş verir.

2003-cü ildə Bəm şəhərində, 2005-ci ildə isə Zərənd şəhərlərində (Kirman əyaləti) baş verən zəlzələlər nəticəsində 31 mindən çox insan həlak olub, təqribən 42 min nəfər yaralanıb. Zəlzələ nəticəsində qədim Bəm şəhəri demək olar ki, tamamilə dağılıb və hələ də bərpa olunmayıb.

Xəbər lenti

Xəbər lenti