...

Gürcüstan Parlamentinin spikeri radikal müxalifətə öz fikrini müəyyənləşdirməyi təklif edir

Siyasət Materials 1 May 2009 16:09 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 01 may / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan Parlamentinin spikeri David Bakradze radikal müxalifətə ölkə üçün mühüm olan institusional islahatlarda iştirak edib-etməyəcəyini müəyyənləşdirməyi məsləhət görür.

"Radikal müxalifət həqiqətən də dialoq istəyirsə, bu barədə təkcə danışmaq deyil, seçim etmək lazımdır - onlar ölkə üçün mühüm olan institusional islahatlarda iştirak etmək istəyirlərmi?", - deyə cümə günü Bakradze Gürcüstanın Təhsil və Elm Nazirliyində elm adamları ilə görüşündə bildirib.

Onun sözlərinə görə, son vaxtlar radikal müxalifətin leksikasında "dialoq" sözü ortaya çıxıb. Lakin bunun arxasında ultimatum durur - Prezidentin istefası. Bakradze hesab edir ki, bu dialoq təklifi deyil. Onun sözlərinə görə, hökumət onsuz da müxalifətin ictimaiyyətlə birgə ciddi institusional, sistemli və siyasi islahatlarda iştirak etmək niyyətində olan hissəsi ilə onları reallaşdırmağa başlayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti