Türkiyə Prezidenti Abdulla Gül Azərbaycan Dövlət Neft Akademiyasında baş verən və günahsız insanların ölümü ilə nəticələnən faciə ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı ünvanlayıb. Məlumatı AzTV telekanalı yayıb.
"Türkiyə xalqı adından dəhşətli faciə zamanı günahsız insanların həlak olması ilə bağlı dərin hüznlə başsağlığı verirəm", - teleqramda deyilir.
Gül faciə zamanı zərəçəkənlərin tezliklə sağalmasını diləyib.