...

Azərbaycanın NATO-ya üzvlüyü ölkənin Avroatlantik məkana qoşulmasını tam təmin edən əlavə yoldur – XİN müavini

Siyasət Materials 5 May 2009 11:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 may / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın NATO-ya üzvlüyü ölkənin Avroatlantik məkana qoşulmasını tam təmin edən əlavə yoldur, çərşənbə axşamı Bakıda Azərbaycan və NATO tərəfdaşlığının 15 illiyinə həsr olunmuş "NATO-Azərbaycan: Keçmişi qiymətləndirərək gələcəyə baxış" adlı konfransda Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

Trend -un arayışı: NATO - Azərbaycan münasibətləri 1992 - ci ildə Azərbaycanın Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulması ilə başlanıb. (1997- ci ildə AvroAtlantik Tərəfdaşlıq Şurası (AATŞ) adlandırılıb). Rəsmi əməkdaşlıq Azərbaycanın 1994 - cü ildə "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulmasından sonra başlayıb. İslahatların keçirilməsinə dəstəklə yanaşı, NATO - nun Azərbaycanla əməkdaşlığının mühüm məqsədlərindən biri ölkənin Silahlı Qüvvələrinin imkanlarını böhran reaksiyası əməliyyatları və sülhməramlı əməliyyatlar aparılan zaman NATO ölkələri qüvvələri ilə qarşılıqlı fəaliyyət səviyyəsinədək inkişaf etdirməkdən ibarətdir. Hazırda Azərbaycanın hərbi qüvvələri NATO-nun Əfqanıstandakı sülhməramlı əməliyyatlarının keçirilməsinə dəstək göstərir.

Əzimov hesab edir ki, NATO-ya üzvlük "hər şey üçün dərman" hesab edilmir. "NATO-ya üzvlükdə ölkənin coğrafi mövqeyi, böhranlar və digər amillər rol oynayır", - o deyib.

XİN müavini bildirib ki, Azərbaycanın NATO ilə əməkdaşlğı sayəsində sərhədlərə nəzarət, enerji təhlükəsizliyi, antiterror əməliyyatlarının aparılması sahəsində irəliləyişlər əldə olunub.

Əzimov Azərbaycanın NATO ilə əməkdaşlığının genişləndirilməsi üzərində işlədiyini deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti