Gürcüstan, Tbilisi, 05 may / Trend , müxbir N.Kirtsxaliya /
Gürcüstan Prezidenti Mixail Saakaşvili Muxrovanidəki qiyamçılarla şəxsən danışıqlar aparır. Bu barədə "Rustavi 2" telekanalı məlumat verib.
Telekanalın verdiyi məlumata əsasən, Saakaşvili qiyamçılarla danışıq aparmaqdan ötrü şəxsən Muxrovanidəki hərbi hissəyə gedib. Gürcüstan daxili işlər naziri Vano Merabeşvili və quru qoşun hissələrinin komandanı Şmaqi Teliya da oradadır.
Digər baş verənlər barədə məlumat verilmir.
Gürcüstanın müdafiə naziri David Sixarulidzenin dediyinə əsasən, qiyam NATO təlimlərinin qarşısını almaq məqsədi güdüb. O, qeyd edib ki, qiyam hələ də yatırılmayıb və danışıqlar gedir.
Gürcüstan DİN-dən bildiriblər ki, qiyam Rusiya tərəfi ilə razılaşdırılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]