...

Gürcüstan Prezidenti qiyam təşkilatçalarının tapılmalarını DİN-dən tələb edib

Siyasət Materials 5 May 2009 20:34 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 05 may / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan Prezidenti Mixail Saakaşvili daxili işlər naziri Vano Merbişviliyə Muxrovani tank taborunda qiyam təşkilatçılarının nəyin bahasına olursa olsun tapılması barədə göstəriş verib.

Prezident qeyd edib ki, rusiyalı sifarişçilərin dediyini edən cinayətkarları tapmaq vacibdir. "Qiyamın təşkilatçıları olan və vəziyyəti qeyri-stabilləşdirməyə can atan Otaradze (Müdafiə Nazirliyi keçmiş məmuru) və Tsikrialaşvili (Müdafiə Nazirliyinin məmuru) tapılmalıdır. Həmişəki kimi onlar yenə qaçmağa müvəffəq olublar", - Saakaşvili deyib.

Merabaşvili deyib ki, hərbi hissənin rəhbərliyi həbs edilib və hissə ətrafında 100 km-lik ərazi polis dəbilqələri ilə bağlanaraq qaçanların axtarışı aparılır. 

"Şəxsən əsgərlərə qayğı göstərildiyi bir vaxtda bu kimi hadisələrin törədilməsi düzgün deyil. İndi hakimiyyət başqadır, bu, Şevardnadzenin dövründə olan ordu deyil və hazırkı lider qanunsuzluğa göz yummayacaq", - Saakaşvili vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti