...

Azərbaycanda Ağ ciyər xəstəlikləri dispanserində müalicə alan xəstə qətl törədib

Siyasət Materials 12 May 2009 10:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda Ağ ciyər xəstəlikləri dispanserində müalicə alan xəstə qətl törədib.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend -a çərşənbə axşamı verilən məlumata görə, mayın 11-də saat 19.00 radələrində Zığ qəsəbəsində yerləşən dispanserdə müalicə alan 50 yaşlı Allahverdiyev Pənah Ağayar oğlu bıçaqla 43 yaşlı Əsgərov Sucayət Zülfüqar oğlunu şəxsi münaqişə zəminində qətlə yetirib.

Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinin əməkdaşları tərəfindən tutulan Allahverdiyev barəsində cinayət işi açılıb.

 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti