...

İran Mərkəzi Bankının rəhbəri istefa verib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 12 May 2009 16:25 (UTC +04:00)

İran Mərkəzi Bankının rəhbəri Mahmud Bəhməni istefa verib. Bu barədə İLNA xəbər agentliyi məlumat yayıb.

Bəhməni İranda pul və kredit şurasının təşkil olunmadığı, ehtiyat fondundan saysız-hesabsız pulların mənimsənildiyi və Nazirlər Kabinetinin bəzi üzvləri ilə fikir ayrılığı olduğu üçün istefa ərizəsini yazdığını bildirib.

Bəhməni bu gün öz istefa ərizəsində pul və kredit şurasının təşkili üçün qanunun olmaması və parlament nümayəndələrinin də bu məsələyə dəfələrlə etiraz etməsindən təəssüfləndiyini bildirib. Bəhməni Əhmədinejad hökuməti dövründə istefa verən üçüncü Mərkəzi Bank sədridir. Bəhməni 8 ay öncə Mərkəzi Bankın sabiq sədri Təhmasib Məzahirinin yerinə seçilmişdi. Məzahiri isə 2007-ci ilin sentyabrından Mərkəzi Bankın sədri idi. Məzahiridən öncə isə Mərkəzi Bankın rəhbəri İbrahim Şeybani idi.

İranın "Fars" agentliyinin sentyabrın 21-də yaydığı məlumata əsasən, İran Mərkəzi Bankının sədri Məzahiri İş və Əmək Nazirliyinin "Tez səmərə verən iş mərkəzləri" planına əlavə vəsait ayırmaqdan imtina etmişdi. Bu xəbər sonradan təkzib olunsa da, İran KİV-ləri dəfələrlə Mərkəzi Bankın "Tez səmərə verən iş mərkəzləri" planına vəsait ayırmaqdan imtina etməsi ilə əlaqədar hakimiyyətlə münaqişəsinin olmasını qeyd etmişdilər.

Əhmədinejadın 4 illik prezidentliyi dövründə bazara ayrılmış vəsaitin həcmi ikiqat artırılaraq 150 milyard dollara çatıb. Neftdən gələn gəlirlərinin dövriyyəyə buraxılması İranda inflyasiyanın 25 faizə çatmasına səbəb olub.

Xəbər lenti

Xəbər lenti