...

Obamaya əməldə dəyişiklik etmk üçün fürsət verməliyik - İranın XİN sözçüsü

Siyasət Materials 18 May 2009 12:42 (UTC +04:00)

"ABŞ prezidentinə əməldə dəyişiklik etmək üçün fürsət verməliyik", - deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Qəşqavi bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib. Bu barədə İran televiziyası məlumat yayıb.

"NewsVeeK" qəzetinin məlumatına əsasən, ABŞ prezidenti Barak Obama son çıxışında bildirib ki, ötən 30 il ərzində ABŞ-ın İrana qarşı siyasəti yanlış olub. Obama həmçinin qeyd edib ki, İranla bağlı hərbi variant hələ də masa üzərindədir.

"Biz öncədən qərar verimirik və ABŞ prezidentinə əməldə dəyişiklik etmək üçün fürsət verməliyik. Əgər dəyişiklik əməldə olarsa sonrada biz öz fikrimizi bəyan edəcəyik", - deyə Qəşqavi ABŞ prezidentinin çıxışına cavab olaraq bildirib.

"Hər kəs bilir ki, sionist lobbilər bu rejimin baş nazirinin ABŞ-a səfəri ərəfəsində təfriqələr yaratmağa çalışırlar, lakin ABŞ rəsmiləri bu kimi təfriqələrə qarşı diqqətli olmalıdır. ABŞ rəsmiləri öz ölkələrinin mənafyi üçün çalışmalı və sionist rejimin problemlərinə şərik olmamalıdırlar", - deyə Qəşqavi bildirib.

"ABŞ prezidenti öz çıxışında bildirib ki, İrana qarşı 30 illik siyasət yanlış olub. Bu dəyişikliyin taktika, yoxsa strategiya olduğunu ABŞ özü göstərməlidir", - deyə Qəşqvi bildirib.

Xəbər lenti

Xəbər lenti