Azərbaycan, Bakı, 18 may / Trend , müxbir, K. Zərbalıyeva /
Bakıda avtomobillərdən oğurluq etmiş əvvəllər məhkum olunmuş Şərur rayon sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, mayın 17-də saat 05.00 radələrində Vüqar Quliyev şübhəli şəxs qismində Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinə gətirilib.
Onun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun may ayının 16-da və 17-də Bakı şəhər sakinləri Anar Əliyevə məxsus "VAZ-2107" markalı, Elbrus Əlizadəyə məxsus "VAZ-2106" markalı, Zaur Quliyevə məxsus "VAZ-2107" markalı, Bulud Məmmədova məxsus "VAZ-2106" markalı və Vüsal Zülfüqarova məxsus "VAZ-2107" markalı avtomaşınlardan oğurluq etməsi, Riqab Əlizadəyə məxsus "VAZ-2106" markalı və Rəşadət Əliyevə məxsus "VAZ-2107" markalı avtomaşınlardan isə oğurluğa cəhd göstərməsi müəyyən olunub.
Həmçinin Quliyev mayın 12-də V.Hüseynova, R.Hacıyevə, B.Balakişiyevə, mayın 13-də A.Acalova, A.Mirzəliyevə, mayın 16-da M.İsmayılova, C.Ləzgiyevə, Ə.Səmədova və Ə.Bağırova məxsus avtomaşınlardan oğurluq etdiyini etiraf edib.
Onun barəsində cinayət işi açılıb, istintaq aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]