...

Batumidə Gürcüstanın təhlükəsizliyi üzrə beynəlxalq konfrans keçiriləcək

Siyasət Materials 19 May 2009 11:27 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 19 may / Trend , müxbir N.Kirtsxalia /

Çərşənbə axşamı Batumidə Gürcüstanın təhlükəsizlik məsələləri üzrə beynəlxalq konfrans keçiriləcək. Ölkənin Müdafiə Nazirliyindən verilən məlumata görə, konfransda NATO-nun hərbi və mülki şəxsləri iştirak edəcəklər.

Konfransda həmçinin alyansın Gürcüstanda keçirilən təlimlərinə qoşulan NATO ölkələri və tərəfdaşlarının zabit heyətləri də iştirak edəcək.

Tədbiri müdafiə naziri David Sixarulidze açacaq.

Konfrans Batuminin "İnturist palas" mehmanxanasında keçiriləcək və bir gün davam edəcək.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti