...

Cenevrə diskussiyaları üzrə həmsədrlər bazar ertəsi baş tutmayan görüşlə nağlı təəssüflərini bildiriblər

Siyasət Materials 19 May 2009 13:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may / Trend , müxbir Е.Оstapenko /

"Gürcüstandakı durum üzrə Cenevrə diskussiyalarına rəhbərlik edən BMT, ATƏT və Aİ-nin həmsədrləri Rusiya, Gürcüstan, Abxaziya və Cənubi Osetiyanın nümayəndələrinin, tərəflərin danışıqlar stolu arxasına oturmaq istəməməsi üzündən son görüşünün alınmamasından təəssüf hissi keçirdiklərini bildiriblər", - ATƏT-in press-relizində deyilir.

"Bu həm də ona görə xoşagəlməz hal oldu ki, bugünkü diskussiyalar bütün tərəflərin BMT-nin Təhlükəsizlik Şurasının 1866 saylı 13 fevral 2009-cu il tarixli qətnaməsində nəzərdə tutulduğu kimi, təhlükəsizlik və humanitar məsələlər üzrə rəylərini dinləmək üçün imkan verilməsinə yönəldilmişdi", - BMT, ATƏT və Aİ-nin həmsədrlərinin birgə bəyanatında deyilir.

Şənbə günü, mayın 16-da Cenevrə diskussiyalarının beşinci mərhələsində iştirakdan Abxaziya, BMT Baş katibinin Cənubi Qafqaz üzrə məruzəsinin əvvəlcədən söz verildiyi kimi, mayın 15-nə qədər dərc olunmamasına istinad edərək imtina etdi. Abxaziya özünün bu tədbirdəki iştirakını BMT tərəfindən respublika statusuna yanaşma baxımından qəbul etdirmək istəyirdi. Bazar ertəsi isə Cenevrədəki iclası Cənubi Osetiyadan olan nümayəndə heyəti tərk edib.

Rusiya XİN rəhbəri Sergey Lavrovun başçılıq etdiyi Rusiya nümayəndə heyəti isə, BMT Baş katibindən bu problem barədə yeni məlumatlar almaq ümidilə, Qafqaz üzrə məsləhətləşmələrin gedişində çərşənbə axşamına qədər fasilə götürmək qərarına gəlib.

"Həmsədrlər diskussiyaların bərpası üçün çərşənbə axşamı, mayın 19-da işləyirlər və bütün iştirakçıları orada olmağa çağırırlar", - birgə bəyanatda bildirilir. Cenevrə diskussiyaları bütün tərəflərin təhlükəsizlik və sabitlik, o cümlədən humanitar məsələlər üzrə əsas məqamları müzakirə edə biləcəyi yeganə forumdur.

Cenevrə diskussiyalarının beşinci mərhələsi mayın 18-19-da keçirilir.

Qafqazdakı durum ətrafında Cenevrə diskussiyalarının keçirilməsinə ehtiyac, Gürcüstandan ayrılan Cənubi Osetiya və Abxaziya regionları üstündə Gürcüstan və Rusiya arasındakı müharibənin bitməsindən sonra yaranmışdı.

Tanınmamış Cənubi Osetiya Respublikasının ərazisindəki hərbi əməliyyatlar ötən ilin avqustunun 8-i gecəsi başlayıb. Gürcüstan ordusu paytaxt Tsxinvaliyə girib. Bir qədər sonra rus qoşunları gürcü hərbçilərini Gürcüstan ərazisinə qədər sıxışdıra bilib. Avqustun 26-da Rusiya Gürcüstanın tərkibinə daxil olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb, sentyabrın 9-da isə onlarla diplomatik münasibətlər qurub.

BMT, ATƏT, Aİ, ABŞ, Rusiya, Gürcüstan, Abxaziya və Cənubi Osetiyanın nümayəndələrinin görüşü regionda gərginləşən durumun tezliklə həll olunmasına yönəlib. Diskussiyaların ilk üç mərhələsi heç bir nəticə verməyib. Fevralın 17-18-də keçirilən Cenevrə diskussiyalarının dördüncü mərhələsi ən məhsuldar olub. Tərəflər ilk dəfə Gürcüstan, Abxaziya və Cənubi Osetiyada baş verən insidentlərin xəbərdarlıq edilməsi və həll edilməsi mexanizmləri üzrə sənədi razılaşdıra biliblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti