...

Avropa Parlamentinin Şərq Qonşuları Parlament Assambleyasının yaradılması barədə ilkin razılıq əldə olunub

Siyasət Materials 19 May 2009 15:19 (UTC +04:00)
Avropa Parlamentinin Şərq Qonşuları Parlament Assambleyasının yaradılması barədə ilkin razılıq əldə olunub

Azərbaycan, Bакı, 19 may / Trend , müxbir A.Hüseynbala, C.Babayeva /

Avropa Parlamentinin Avropa İttifaqı-Şərq Qonşuları Parlament Assambleyasının yaradılması barədə ilkin razılıq əldə olunub, çərşənbə axşamı Trend -a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev bildirib.

"Kiyevdə aparılan məsləhətləşmələr çox yüksək səviyyədə keçib və nəticədə tərəflər bu qurumun yaradılması üçün razılıqlarını bildiriblər", - deyə Rzayev bildirib.

Mayın 18-də Kiyevdə Avropa Parlamentinin Avropa İttifaqı-Şərq Qonşuları Parlament Assambleyasının yaradılması ilə bağlı məsləhətləşmələr keçirilib. Tədbirdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rzayev iştirak edib.

Ukrayna parlamentinin təşəbbüsü ilə keçirilən məsləhətləşmələrdə Avropa Parlamentinin Avropa İttifaqı-Şərq Qonşuları Parlament Assambleyasının yaradılmasının perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Rzayevin sözlərinə görə, Şərq Qonşuları Parlament Assambleyasının elan olunması üçün növbəti bir görüş keçiriləcək.

"Şərq Tərəfdaşlığı" Avropa Birliyinin proqramıdır. Bu təşəbbüsü Polşa və İsveç irəli sürüb. Proqram Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukrayna ilə AB ilə daha sıx əlaqələrin yaradılmasını nəzərdə tutur.

AB-yə üzv dövlət başçılarının mayın 7-də Praqada keçirilən sammitində proqramın tətbiq edilməsi rəsmən qüvvəyə minib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti