...

Azərbaycanın xarici işlər naziri Slovakiyanın xarici işlər nazirinin müavinini qəbul edib

Siyasət Materials 19 May 2009 20:08 (UTC +04:00)

Azərbaycan, Bаkı, 19 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Slovakiyanın xarici işlər nazirinin müavini Olqa Alqayerovanı qəbul edib.

"Alqayerova Azərbaycanın Bratislavada fəxri konsulluğunun açılması, iki ölkə arasında hüquqi-normativ bazanın inkişaf etdirilməsi, enerji və digər sektorlar üzrə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinin əlaqələrin genişləndirilməsinə töhfə verəcəyini bildirib", - çərşənbə axşamı Trend -a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazir müavini bir sıra Slovakiya şirkətlərinin Azərbaycanda nəqliyyat-infrastruktur layihələrində iştirak etdiyini, iqtisadi əlaqələrin daha da inkişafı üçün biznes forumların keçirilməsinin faydalı olacağını qeyd edib.

Məmmədyarov Slovakiyanın Azərbaycana marağını yüksək qiymətləndirərək, bunun qarşılıqlı olduğunu bildirib, xüsusilə də Avropa İttifaqının yeni üzv ölkələrindən biri kimi Slovakiya ilə yaxın əlaqələrin qurulmasının Azərbaycanı Avropada daha yaxşı tanıtmağa imkan yaratdığını vurğulayıb. "Təhlükəsizlik baxımından Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının vacibliyini bildirən nazir bu münaqişə həll edilməyənədək regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinin mümkün olmayacağını, münaqişənin həllinin regionun inkişafı üçün yeni imkanlar açacağını diqqətə çatdırıb, habelə, münaqişənin həllinə dair Azərbaycanın mövqeyi ilə bağlı ətraflı məlumat verib", - məlumatda bildirilir.

 Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti