...

Qazaxıstan XİN ölkənin 2010-cu ildə ATƏT-də sədrliyi ilə bağlı ən yaxşı emblem üçün müsabiqə elan edib

Siyasət Materials 20 May 2009 12:34 (UTC +04:00)

Qazaxıstan, Astana / Trend , müx. K.Arınova /

Qazaxıstan Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə ölkənin 2010-cu ildə ATƏT-də sədrliyi ilə bağlı ən yaxşı emblemin hazırlanması üçün müsabiqə keçirilir, nazirliyin mətbuat xidməti bildirib.

"Müsabiqədə Qazaxıstanda qeydiyyata alınmış, dizayn loqotipləri və firma üslubları sahəsində müvafiq təcrübəyə malik hüquqi şəxslər və o cümlədən, kompyuter qrafikası və dizayn üzrə ixtisas biliklərinə malik fiziki şəxslər iştirak edə bilərlər", - Qazaxıstan Respublikası XİN-in mətbuat xidməti məlumat verib.

Nazirlikdən bildiriblər ki, müsabiqə cari ilin 1 iyuluna kimi davam edəcək.

"Loqotip Qazaxıstanı parlaq milli mənsubiyyəti, unikal mədəni-sivilzasiya müxtəlifliyi və müasir dünyadakı rolu ilə, stabil rəqabətə davamlı və müasir ölkə kimi təsvir etməlidir", - mətbuat xidmətindən bildiriblər.

Müsabiqənin yekunlarını Xarici İşlər Nazirliyi tərəfindən yaradılmış komissiya elan edəcək. Ən yaxşı layihə müəllifinə mükafat verilməsi planlaşdırılır, digər maraqlı işlər isə xüsusi həvəsləndirici hədiyyələrlə mükafatlandırılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti