...

Siyasi partiyaların normal fəaliyyəti üçün büdcədən vəsait ayrılmalıdır – Azərbaycanın müxalifətçi lideri

Siyasət Materials 21 May 2009 17:46 (UTC +04:00)

Azərbaycan, Bаkı, 21 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın müxalif partiyasının lideri siyasi təşkilatların dövlət büdcəsindən maliyyələşdirilməsi üçün dünya təcrübəsindən istifadə olunmasını təklif edir.

"Siyasi partiyaların normal fəaliyyəti üçün büdcədən vəsait ayrılmalıdır", - cümə axşamı Trend -a Azərbaycan Liberal Partiyasının (ALP) və Milli Birlik Hərəkatının (MBH) lideri Lalə Şövkət bildirib.

Trend -un arayışı: Azərbaycanda 52 partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. "Siyasi partiyalar haqqında" Qanun 1992-ci ildə qəbul olunub. Ciddi dəyişikliklərdən sonra yenidən qəbul olunacaq qanunda partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi də nəzərdə tutulub.

Daha öncə Prezident Adminstrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Trend -a bildirib ki, bu məsələ həm Milli Məclis, həm də cəmiyyətdə müzakirə olunmalıdır. Onun fikrincə, məsələnin parlamentdə müzakirəsi zamanı ən adekvat və optimal variantlar seçiləcək və bu zaman müasir dünyanın tələbləri nəzərə alınacaq.

Həsənov bildirib ki, dövlət büdcəsindən maliyyələşmə zamanı siyasi partiyaların xarakteri, inkişaf maraqları da nəzərə alınacaq.

Azərbaycanın hakim partiyası da seçkilərdə iştirak edən siyasi və yaxud parlamentdə təmsil olunan partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsinin tərəfdarıdır. Müxalifəti təmsil edən siyasətçilər qeydiyyatdan keçən partiyalara dövlət büdcəsindən maliyyə ayrılmasını təklif edir.

Lalə Şövkətin sözlərinə görə, dünyanın çoxpartiyalı sistemi olan bütün demokratik ölkələrində bu məsələ öz həllini çoxdan tapıb.

Onun fikrincə, güclü müxalifətin formalaşması üçün maliyyə imkanlarının yaxşı olması çox vacibdir.

"Ümid edirəm ki, Azərbaycan hakimiyyəti tezliklə bu məsələnin müsbət həlli üçün konkret addımlar atacaq", - Lalə Şövkət qeyd edib.  

ALP sabiq dövlət katibi Lalə Şövkətin rəhbərliyi ilə 1996-cı ildə yaradılıb. Lalə Şövkət hazırda müxalifəti təmsil edən "Azadlıq" siyasi blokunun həmtəsisçisi və həmsədridir. O, müxalifətçi Liberal Partiyasının da qurucusu və lideridir.

Lalə Şövkət 1993-cü ilin iyulundan 1994-cü ilin yazınadək dövlət katibi olub. 1995-ci ildə Azərbaycan Liberal Partiyasını yaradıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti