...

İKT üzv ölkələri insan hüquqları üzrə komissiya yaradacaqlar

Siyasət Materials 24 May 2009 11:40 (UTC +04:00)

Suriya, Dəməşq, 24 may / Trend , xüsusi müxbir Ü.Sadıxova /

İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin xarici işlər nazirləri İKT ölkələrində insan hüquqları üzrə komissiya təşkil edəcəklər. Bu komissiya bilavasitə islam dini ilə bağlı insan hüquqları üzrə islam ölkələri və təşkilatlar arasında anlaşmanı möhkəmləndirəcək.

Qərar İKT ölkələri XİN rəhbərlərinin şənbə günü Dəməşqdə başlayan və üç gün davam edəcək 36-cı iclasında qəbul olunub. 

Təşkilatın Baş katibi Ekmələddin İhsanoğlu aprel ayında Ciddədəki iclasda, insan hüquqları sahəsində beynəlxalq ekspertlərlə İKT üzv ölkələrində monitorinqlər aparacaq müstəqil komissiyanın yaradılması fikrini müzakirə edib. Komissiya Cenevrədəki insan hüquqları institutu və BMT-nin Cenevrədəki ofisində İKT nümayəndəliyindən ibarət olacaq.

Komissiya insan hüquqlarına islam dəyərlərinə əsasən riayət etmək və islamın humanizm tərəfdarı olduğunu sübut etmək məqsədilə yaradılır.

Xəbər lenti

Xəbər lenti