Azərbaycan, Bakı, 25 may / Trend /
Azərbaycan Prezidenti İlham Əliyev gürcü həmkarı Mixail Saakaşvilini Dövlət müstəqilliyinin bərpası günü münasibətilə təbrik edib, AzərTAc Dövlət İnformasiya Agentliyi xəbər verir.
"Azərbaycan və Gürcüstan xalqları tarixən dostluq, mehriban qonşuluq şəraitində yaşamış, sıx tellərlə bir-birinə bağlı olmuşlar. Bu xoş ənənələr bu gün də müvəffəqiyyətlə davam edərək dövlətlərarası münasibətlərimizin inkişafında, əməkdaşlığımızın strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində mühüm rol oynayıb", - deyə təbrikdə bildirilir.
Prezident İlham Əliyev xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın bundan sonra da genişlənəcəyinə və inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]