...

Azərbaycan müstəqil ölkə kimi yaşayır, müstəqil siyasət yürüdür və xalqın iradəsi ilə idarə olunur – İlham Əliyev

Siyasət Materials 25 May 2009 21:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may / Trend /

Azərbaycan müstəqil ölkə kimi yaşayır, müstəqil siyasət yürüdür və xalqın iradəsi ilə idarə olunur, Prezident Gəncə şəhərinə səfəri zamanı şəhər sakinləri qarşısındakı çıxışı zamanı deyib. AzTV telekanalı məlumat verib.

Prezident bildirib ki, istər iqtisadi, istər siyasi sahədə, istərsə də regionda baş verən hadisələrlə əlaqədar Azərbaycan nəinki öz sözünü deyir, hətta öz maraqlarını müdafiə edə bilir.

Prezident bir necə gündən sonra 28 May Respublika gününün qeyd olunacağını və bu tarixi işdə gəncəlilərin böyük rolu olduğunu vurğulayıb.

"Gəncənin və gəncəlilərin bu işlərdə fəal iştirakı bütün Azərbaycan xalqına yaxşı məlumdur. Müstəqilliyin əsasları burada qoyulub. Bütün dövrlərdə gəncəlilər Azərbaycanın müstəqil ölkə kimi inkişafında mühüm işlər görüb", - Prezident deyib.

Prezident Gəncədə aparılan yenidənqurma işlərini yüksək qiymətləndirib.

Prezident bundan sonra da Gəncəyə xüsusi diqqət yetirəcəyini və şəhərin inkişafı üçün lazımi tədbirlərin görüləcəyini deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti