...

Gürcüstanın patriarxı müxalif siyasi qüvvələri yenidən dialoqa çağırıb

Siyasət Materials 29 May 2009 11:59 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 28 may / Trend müx N.Kirsxalia /

Gürcüstanın patriarxı İkinci İlya xüsusi bəyanat verib. Bəyanatı ata Mixayil Botkoveli elan edib.

"Patriarxın 26 mayda Müqəddəs Troitsa kilsəsində oxuduğu moizə ümumi reksiya doğurmayıb, çünki nitqin mənası hökuməti dəstəkləmək mövqeyi kimi qəbul edilib. Kilsə xalqı birləşdirən qüvvədir və sülh naminə fəaliyyət göstərir. Bizim sırağa gün verdiyimiz bəyanat mürəkkəb vəziyyətin həll edilməsinə yönəlib: məlum olub ki, ölkə rəhbərliyi güzəştə getmək niyyətində deyil və mitinqçilərin kəskin çıxışları zamanı qarşıdurma və qan tökülməsini gözləmək olar",- bəyanatda bildirilir.

"Millətin maraqlarından çıxış edərək, kilsə öz üzərinə böyük yük götürdü və mövcud real təhlükədən xilas olmaq üçün bu addımı atdı. Bu hələki problemin həll edilməsi deyil. Vəziyyət hələ də ciddi və təhlükəli olaraq qalır. Biz hesab edirik ki, ölkə rəhbərliyi vəziyyətdən çıxış üçün həlledici addımlar atmalıdır. Biz tanrıdan ölkəmizə xetir-dua verməsini diləyirik", - bəyanatda deyilir.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti