...

Rəsmi Ankara PKK ilə dialoqa getməyəcək – səfir

Siyasət Materials 29 May 2009 12:33 (UTC +04:00)
Rəsmi Ankara PKK ilə dialoqa getməyəcək – səfir

Azərbaycan, Lənkəran, 29 may / Trend , müxbir P.Əliyeva /

Rəsmi Ankara Kürd Fəhlə Partiyası (PKK) ilə dialoqa getməyəcək.

"Heç bir dövlət terrorçularla siyasi bazarlığa getməz. Türkiyə böyük dövlətdir. Nəinki Türkiyə, heç bir dövlət terrorçularla danışıqlara getməz", - cümə günü Trend -a Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib.

Trend -un arayışı: PKK terror təşkilatının lideri Murat Karayılan təşkilatın Ankara ilə danışıqlara hazır olduğunu bildirib.

Karayılan Ankaranı bu fürsəti əldən verməməyə çağırıb və bu fürsət qaçırılarsa, bir daha əldə edilməyəcəyini bildirib.

Kürd Fəhlə Partiyası (PPK) Sovet İttifaqının dəstəyi ilə 70-ci illərin sonunda yaradılıb. Əvvəlcə siyasi partiya kimi tanınsa da, 80-ci illərin sonundan PKK üzvləri Türkiyə ərazisində dinc əhali və hərbi obyektlərə qarşı terror hücumları həyata keçirdilər. Dünyanın əksər ölkələrində PKK terror təşkilatı hesab edilir. Təşkilatın əsas məqsədi əsasən kürdlərin yaşadığı cənub-şərqi Türkiyədə  və İraqın şimalında  müstəqil kürd dövləti yaratmaqdır. Fəaliyyət mərkəzi İraqın şimalındakı Qəndil dağlarıdır. Türkiyənin hərbi qüvvələri terrorçuların məhv edilməsi üçün bu ərazidə əməliyyatlar aparırlar. 1988-ci ildə İraqın Hələbcə şəhərinin kürd əhalisi arasında separatçı ideyalar yayılmağa başladı. Bunun qarşını almaq üçün o zamankı prezident Səddam Hüseyn Hələbcə əhalisinə qarşı kimyəvi silahdan istifadə etdi. Nəticədə bir milyon nəfərə yaxın dinc sakin həlak oldu.

Türkiyə hökuməti ilə İraq hökuməti arasında PKK terror təşkilatına qarşı birgə mübarizə aparmaq haqda dəfələrlə danışıqlar aparılsa da, ölkə daxilində olan siyasi xaos və gərginlik nəticəsində bu danışıqlar bir o qədər də nəticə verməyib.

 Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti