...

Azərbaycan Prezidenti Gürcüstanın Baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 1 İyun 2009 20:54 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bazar ertəsi Gürcüstanın Baş naziri Nika Qilaurinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Gürcüstanın Baş naziri Qilauri Prezident Mixail Saakaşvilinin salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırıb.

Qilauri ölkələrimiz arasında energetika sahəsində mövcud əməkdaşlığa toxunub və bu əməkdaşlığın daha da möhkəmlənməsində iyunun 2-də Bakıda keçiriləcək XVI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi və konfransının əhəmiyyətini qeyd edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi və energetika sahəsində uğurla inkişaf etdiyini və Gürcüstanın Baş nazirinin ölkəmizə bu səfərinin əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyini vurğulayıb.

XVI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi və konfransının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev energetika sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından bu sərginin önəmini qeyd edib.

Xəbər lenti

Xəbər lenti