...

Rumıniya XİN-in strateji məsələlər üzrə dövlət katibi NATO-nun Bakıdakı konfransında çıxış edəcək

Siyasət Materials 4 İyun 2009 21:32 (UTC +04:00)
Rumıniya XİN-in strateji məsələlər üzrə dövlət katibi NATO-nun Bakıdakı konfransında çıxış edəcək

Azərbaycan, Bakı, 4 iyun/Trend Nyus-un müxbiri Y. Ostapenko/ İyunun 9-10, Rumıniyanın ölkəmizdəki səfiri Nikolae Urekenin Trend Nyus-a verdiyi xəbərə görə, Bakıya Rumıniya XİN-in strateji məsələlər üzrə dövlət katibi Boqdan Aureskunun səfəri gözlənilir.

"Səfər zamanı dövlət katibi ikitərəfli münasibətlərə dair məsələləri, həmçinin bölgə və beynəlxalq təhlükəsizlik problemlərini müzakirə edəcək", Ureke demişdir.

Gündəlik üzrə AR XİN nazir müavini Araz Əzimovla təhlükəsizlik məsələləri ilə bağlı məsləhətlərin aparılması, həmçinin XİN rəhbəri Elmar Məmmədyarovla və AR prezident administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovla görüşlər planlaşdırılıb.

Səfərin ilk günü Rumıniyanın dövlət katibi NATO-nun beynəlxalq məktəbində XXI-ci əsrdə Şimali Atlantika qurumunun rolu barədə nitq söyləyəcək.

İyunun 10-da isə Aureskunun NATO şurasının "Enerji təhlükəsizlik: çağırişlar və perspektivlər" adlı konfransında iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti