...

Gürcüstanın radikal müxalifəti genişmiqyaslı aksiya hazırlayır

Siyasət Materials 9 İyun 2009 11:41 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 iyun / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın radikal müxalifəti iyunun 9-da Gürcüstanın DİN binası qarşısında növbədə durmağa hazırlaşır. 

Mühafizəkar Laşa Çxartişvilinin öncə mitinqdə bildirdiyi kimi, sabah müxalifətin bütün tərəfdaşları saat 12-də parlament binası qarşısında toplanacaq. Məhz burdan DİN-in binasının yerləşdiyi Ortaçala doğru nümayiş-yürüş başlanacaq.

Dünənki mitinq aramsız yağış yağması nəticəsində aparaturada yaranan nasızlıq səbəbindən yarım saat gec başlayıb. Müxalifət bəyan edib ki, hakimiyyət əbəs yerə pis hava şəraiti səbəbindən aksiyaların dayandırılacağına ümid edir. Onların sözlərinə əsasən, mübarizə sona kimi aparılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti