...

Azərbaycanlı deputatlar QDİƏT PM-in Baş Assambleyasının plenar sessiyasında iştirak edəcəklər

Siyasət Materials 9 İyun 2009 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun / Trend , müxbir C.Babayeva /

Azərbaycanlı deputatlar Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 33-cü plenar sessiyasında iştirak edəcəklər.  

Tədbirdə iştirak etmək üçün Milli Məclisin deputatları Asəf Hacıyev, Mübariz Qurbanlı və Musa Quliyev iyunun 10-dan 14-dək Buxarestdə səfərdə olacaqlar, çərşənbə axşamı Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.  

Plenar sessiyada deputat Asəf Hacıyev "QDİƏT PM üzv dövlətlərində maliyyə və iqtisadi böhranın yumşaldılmasına yönəldilmiş strategiya və siyasət" mövzusunda ümumi diskussiyada, deputat Mübariz Qurbanlı isə "QDİƏT PM üzv ölkələrində miqrasiyanın hüquqi aspektləri" mövzusunda məruzə ətrafında müzakirələrdə çıxış edəcək.

QDİƏT PM Baş Assambleyasının plenar sessiyasında Qara dəniz bölgəsində dəniz nəqliyyatının inkişafı, bölgə ölkələri arasındakı miqrasiyanın mədəni aspektləri, QDİƏT PM üzv dövlətlərində uşaqların qazanc məqsədi ilə istismardan qorunmasının vacibliyi kimi məsələlər də müzakirə olunacaq.  

Azərbaycan 1992-ci ildən QDİƏT-in üzvüdür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti