...

Azərbaycanın xarici işlər naziri Avropa Şurasının baş katibi vəzifəsinə namizədi qəbul edib

Siyasət Materials 10 İyun 2009 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir C.Babayeva /

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü Avropa Şurasının baş katibi vəzifəsinə namizəd polşalı senator Vlodzimej Çimoşeviçi qəbul edib.

Görüş ərzində tərəflər Azərbaycan və Polşa arasındakı ikitərəfli əlaqələrin inkişafından razı qaldıqlarını və onların dərinləşdirilməsi üçün imkanlardan istifadə etməyin vacib olduğunu bildiriblər. Bu barədə XİN-in məlumatında deyilir.

Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi barədə danışan Məmmədyarov bildirib ki, müasir dünyada etnik təmizləmə və işğal üçün yer yoxdur. Xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini polşalı senatorun nəzərinə çatdırıb.

Görüş çərçivəsində tərəflər ikitərəfli, regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti