...

Bakıda Qarabağ münaqişəsinin nizamlanmasında Obama Administrasiyasının iştirakı məsələsi müzakirə olunacaq

Siyasət Materials 10 İyun 2009 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir Y.Ostapenko /

ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi Filip Qordon Bakıda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmsı prosesində Barak Obama Administrasiyasının iştirakı məsələsini müzakirə etmək niyyətindədir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Qordonun Azərbaycana səfəri iyunun 11-nə planlaşdırılıb.

Bakıdakı danışıqlar zamanı ABŞ-ın dövlət katibinin yeni köməkçisi hökumət və vətəndaş cəmiyyətinin nümayəndələri ilə ikitərəfli və regional əməkdaşlıq, enerji təhlükəsizliyi məsələlərini müzakirə etmək niyyətindədir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend -a çərşənbə günü bildirilib.

Qordon ABŞ-ın dövlət katibinin köməkçisi vəzifəsinə may ayının 15-də təyin olunub və bu, onun regiona ilk səfəridir.

Qordon bütün səylərini "demokratiyanın inkişafına, iqtisadi forumlara, milli suverenliyin və ərazi bütövlüyünün qorunmasına, həmçinin münaqişənin həllinə yönəldəcək", - məlumatda deyilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti