Gürcüstan, Tbilisi, 11 iyun / Trend , müxbir N.Kirtsxaliya /
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ABŞ-ın Dövlət katibi Hillari Klintonla iyunun sonunda görüşəcək. Bu haqda jurnalistlərə Vaşadzenin özü məlumat verib.
Vaşadze və Klinton bu ilin yanvarında imzalanmış ABŞ-Gürcüstan strateji tərəfdaşlığı Xartiyasına əsaslanan fəaliyyət planını maddələr üzrə müzakirə edəcəklər.
"Ayın sonunda Hillari Klintonla görüş baş tutacaq. Əsas mövzu Gürcüstanın təhlükəsizliyi məsələləri və ABŞ-Gürcüstan Xartiyasının hazırlanmasıdır. Bu bir daha təsdiqləyir ki, "ABŞ-ın yeni administrasiyası Gürcüstanı dəstəkləyirmi", "Ona münasbiəti dəyişibmi " suallarına yalnız bir cavab var - münasibət dəyişməyib", - Vaşadze qeyd edib.
Bu, Vaşadze və Klintonun üçüncü görüşü olacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]