...

Bakıdakı "İlahiyyat" məscidinin fəaliyyəti ilə bağlı narahatlıq var - Komitə sədri

Siyasət Materials 12 İyun 2009 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Bakının Yasamal rayonunda fəaliyyət göstərən "İlahiyyat" məscidi ilə bağlı narahatlıq var, Trend -un məlumatına görə, cümə günü keçirdiyi mətbuat konfransında Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.

Komitə sədri bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi ibadətlə məşğul olan dindarların başqa məscidlərə cümə namazına getmələri üçün müvafiq tədbirlər görür.

"Bakıda cümə namazı qılınan kifayət qədər məscid var. Mən dindarlara müraciət edirəm ki, cümə namazı üçün digər məscidlərə getsinlər ",- Orucov vurğulayıb.

Komitə rəsmisi bildirib ki, məscidin ətrafında yataqxanalar var, əhalinin təhlükəsizliyi üçün narahatlıq var.

"Heç kim Əbu-Bəkr məscidi kimi adlanan məsciddə baş verənləri yaddan çıxarmamalıdır. Dövlət həmin ərazidə yaşayanların və ora ibadətə gələnlərin təhlükəsizliyinin təmin etməlidir", - Orucov deyib.

Trend -un arayışı: "İlahiyyat" məscidinin fəaliyyəti müvəqqəti dayandırılıb. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bəyan edib ki, müvafiq sənədləşmə işindən sonra paytaxtdakı "İlahiyyat" məscidi fəaliyyətini davam etdirəcək.

BDU rəhbərliyi və ətrafda yaşayan sakinlər tərəfindən komitəyə və polisə məscidin ətrafına çox sayda insanların yığışdığı barədə şikayətlər edilib.

BDU-nun rektoru Abell Məhərrəmov bir müddət öncə keçirdiyi mətbuat konfransında bildirib ki, məsciddə azan verilən zaman səsgücləndiricilərdən istifadə olunması universitetdə dərslərin normal keçirilməsinə də mane olur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti