...

Azərbaycanın müxalifət partiyası İran səfirliyi qarşısında etiraz aksiyası keçirib

Siyasət Materials 22 İyun 2009 15:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyun / Trend , müxbir C.Babayeva /

Azərbaycanın "Müasir Müsavat" müxalifət partiyası bazar ertəsi günorta saatlarında İran səfirliyi qarşısında icazəsiz etiraz aksiyası keçirib.

"Partiyanın 50-dən çox fəalı İrandakı prezident seçkilərindən sonra keçirilən dinc aksiyalar zamanı həmyerlilərimizə qarşı repressiya və təcavüzlərə etiraz edib. Onlardan üçü polis tərəfindən saxlanılıb. Polis şöbəsindən məlumat verilib ki, saxlanılan partiya üzvləri ifadələri alınandan sonra sərbəst buraxılacaqlar", - Trend -a "Müasir Müsavat" partiyasının sədri Hafiz Hacıyev məlumat verib.    

Şənbə günü Tehranda polislə baş verən qarşıdurmalar zamanı 19 nəfər həlak olub, xəstəxanalardakı mənbələrinə istinadən CNN xəbər verir.

İyunun 12-də İranda keçirilmiş prezident seçkilərinin nəticələri ilə razı olmayan minlərlə insan polislə qarşıdurmaya gətirib çıxaran etiraz aksiyalarına başlayıb. Səsvermənin nəticələrinə əsasən Prezident Əhmədinejad seçicilərin 63,6 faizinin səsini toplayıb.

Təsdiq olunmamış məlumatlara görə, küçə qarşıdurmalarında 150 nəfər dünyasını dəyişib.

Polislər aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz, dəyənəklər və su şırnaqlarından istifadə ediblər.

Hacıyev məlumat verib ki, İran səfirliyi piketin qətnaməsini qəbul etməkdən imtina edib. "İran azərbaycanlılarının hüquqlarının müdafiəsi üçün analoji etiraz aksiyaları davam etdiriləcək", - o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti