...

Azərbaycan Prezidenti "Dövlət qulluğu haqqında" qanuna əlavə edilməsi barədə" qanunun tətbiq edilməsi haqqında sərəncam verib

Siyasət Materials 23 İyun 2009 19:13 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev "Dövlət qulluğu haqqında" qanuna əlavə edilməsi barədə" qanunun tətbiq edilməsi haqqında sərəncam verib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Dövlət qulluğu haqqında" qanunun 2.3-cü maddəsinin birinci hissəsində "sərhəd xidməti" sözlərindən sonra "miqrasiya xidməti" sözləri əlavə edilib.

Nazirlər Kabinetinə qüvvədə olan qanunvericilik aktlarının "Dövlət qulluğu haqqında" qanuna əlavə edilməsi barədə" qanuna uyğunlaşdırılması haqqında təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti