...

NATO Qazaxıstanla əməkdaşlığı möhkəmləndirir - Baş katib

Siyasət Materials 25 İyun 2009 14:57 (UTC +04:00)
NATO Qazaxıstanla əməkdaşlığı möhkəmləndirir - Baş katib

Azərbaycan, Bakı, 25 iyun / Trend , müxbir K.Korınova /

Şimali Atlantika Alyansının (NATO) Baş katibi Yaap de Xoop Sxefferin Qazaxıstanda olması NATO-nun Astana ilə əmkdaşlığından xəbər verir, bu barədə cümə axşamı jurnalistlərə müsahibəsində Sxeffer Avro-Atlantika Tərəfdaşlıq Şurasının (AATŞ) Astanada keçirilən III forumunda bildirib.  

"Mənim burada olmağım NATO və Qazaxıstan arasında qarşılıqlı münasibətlərin dərinləşməsinə xidmət edir", - deyə Baş katib bildirib.

Çərşənbə günü Astanada NATO rəhbəri Qazaxıstan ilə danışıqların tam raundunu keçirib, Qazaxıstan Prezidenti, hökümət və müvafiq strukturlar ilə görüşüb

"Biz ümumi mövqelərimizi müəyyənləşdirdik",- deyə Sxeffer bəyan edib.

Onun sözlərinə əsasən, NATO heç kimlə rəqabət aparmır, hər hansı bir dövlət və ya təşkilatla rəqabət siyasəti aparmır.

"Qazaxıstan kiminlə olmaq istədiyinə özü qərar verən müstəqil dövlətdir", - deyə Sxeffer bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti