...

Iran prezidenti Ədliyyə nazirliyindən Neda Soltaninin ölümünü araşdırmağı tələb edib

Siyasət Materials 29 İyun 2009 12:40 (UTC +04:00)
Iran prezidenti Ədliyyə nazirliyindən Neda Soltaninin ölümünü araşdırmağı tələb edib

İran prezidenti Mahmud Əhmədinejad İranın Ədliyyə naziri Ayətullah Haşimi Şahrudiyə məktub yazıb. Məktubda prezident Əhmədinejad Neda Aqasultanin ölümün şübhəli olduğunu və hadisənin ciddi şəkildə araşdırılmasını və cinayəti törədənlərin cəzalandırılmasını tələb edib. Bu barədə İLNA xəbər agenltiyi məlumat yayıb.

Məktubda bildirilir ki, iyunun 20-də naməlum şəxslər tərəfindən şübhəli şəkildə Neda AğaSultani Tehranda qətlə yetirilib. Ürək ağrıdan hadisə ilə bağlı digər ölkələrin mətbuatında İrana qarşı əks təbliğat aparılıb. Hadisənin İran İslam Respublikasının imicinə zərbə vurmaq məqsədi ilə və siyasi məqsədlərlə İran xalqının düşmənləri tərəfindən törədilməsi nəzərə çarpır. Ona görə, hadisə ciddi şəkildə araşdırılsın, hadisəni törədənlər həbs və mühakimə olunsun. Hadisə ilə bağlı təfərrüatlar əhaliyə açıqlansın.

Trend -un arayışı: İranda iyunun 12-də keçirilən prezident seçkilərinin nəticələri ilə razılaşmayan müxalifət mitinlər keçirib. İyunun 20-də Tehranın Əmir Abad xiyabanı yaxınlığında keçirilən mitiqlər zamanı naməlum şəxs tərəfindən atılan güllə 27 yaşlı Nida Ağa Sultanın sinəsinə dəyərək ölümünə səbəb olub. Ölümündən sonra Nida irandakı mitinqçilərin qəhrəmanına çevrildi. Nidanın nişanlısı həmin gün Nidanın mitinqdə iştirak etmədiyini, sadəcə evə gedərkən mitinqçilər və polis qüvvələri arasında ilişib qaldığını bildirib.

Xəbər lenti

Xəbər lenti